“200 illik qələbə həsrətimizə son qoyuldu” RƏY-MÜNASİBƏT

Təhmasib Novruzov: “Küçə gədəsi olan Paşinyan beynəlxalq hüquq normalarını pozur”

“Heç şübhəsiz ki, Paşinyan hakimiyyətinin dinc əhaliyə qarşı törətdiyi qeyri-insani əməllər birmənalı olaraq beynəlxalq cinayətdir və insanlığa qarşı yönəldilmiş soyqırımı kimi qiymətləndirilməlidir. 1949-cu il Cenevrə Konvensiyaları, digər mühüm beynəlxalq sənədlər müharibə zamanı dinc əhaliyə silah işlətməyi qəti şəkildə qadağan edir”. Bunu “Səs” qəzetinə açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, küçə gədəsi olan Paşinyan bütün beynəlxalq hüquq normalarını ən kobud şəkildə pozmaqda davam edir: “Bu isə ona dəlalət edir ki, azğınlaşmış hərbu xunta rejimi və onun rəhbəri bütün dünyaya meydan oxuyur. Təəssüf ki, ikili standartlara əsaslanaraq mövqe nümayiş etdirən beynəlxalq güclər hələ də dünyaya meydan oxuyan, daha doğrusu beynəlxalq aləmə hürən bu itin əl-qolunu bağlamaq üçün heç bir addım atmır. Bu isə bəşəriyyəti qaranlıq bir gələcəyə sürükləyir. Cəzasızlıqdan quduran dığalara yeri göstərilmirsə, həm onun daha da azğınlaşmasına, həm də bir sıra faşist təfəkkürlü tayfaların da belə iyrənc vasitələrə əl atmasına şərait yaradır. 200 illik qələbə həsrətimizə son qoyan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dönə-dönə çıxışlarında bildirib ki, “biz ermənilərin atdıqları bu addımlara adekvat addım atmayacağıq. Çünki biz onlar deyilik. Biz döyüş meydanında günahsız qurbanlarımızın qanını alırıq və alacağıq”. Ölkəmizin liderinin dediyi bu sözlər bizim bir xalq olaraq nə qədər sivil ənələrə malik bir xalq olduğumuzu açıq göstərir. Zatı, kökü olmayan haylardan fərqli olaraq biz, hətta yaralı erməni əsirlərə tibbi yardım edirik”.

T.Novruzov onu da bildirdi ki, düşmənin nə qədər azğınlaşmış olmasına rəğmən bizim xalqın bu cür addımları beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilməlidir və ədalətli tərəflər qiymətləndirir də : “Məşhur deyim var, hər bir xalq özünə uyğun rəhbər seçər. Məncə Paşinyanın dünyada indiki gülünc vəziyyətə düşməsi, dolayısı ilə deyil birbaşa hay tayfalarının hansı əxlaqa, hansı mənəviyyata malik olduğunu ortaya qoymuş olur. Eynilə Azərbaycan LİDERİNİN dünyanı heyran edən yüksək mənəviyyatı, qətiyyəti, diplomatik istedadı, yüksək təşkilatçılıq qabiliyyəti də Azərbaycan xalqı haqqında dünyada olan təsəvvürü qat-qat yüksəklərə qaldırır. Bu gün bütün dünya iki liderin şəxsində kimin kim olduğunu anlamağa başlayır. Nəticədə, əks-əməliyyatın ilk günlərində ermənilərə dəstək verənlərin böyük əksəriyyəti artıq ya susur, ya tərəfsizlik göstərir, ya da ədalətin gözünə dik baxıb Azərbaycanın haqqını tanımağa başlayır. Məncə döyüş meydanında qazandığımız qələbələrlə yanaşı hayların iç üzünün tanınmasında əldə etdiyimiz nailiyyətlər də mənəvi qələbəmizin əsas və başlıca elementidi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə