Terrorçu erməni deputat qəlpə yarası aldı FOTOLAR

Dağlıq Qarabağda gedən döyüşlər zamanı erməni deputatı, “Yerkrap” hərbi məqsədli könüllülər ittifaqının sədri Sasun Mikaelyan yaralanıb. SİA xəbər verir ki, bu barədə Sputnik Armeniya saytına digər deputat Artak Manukyan bildirib.

Məlumata görə, Sasun Mikaelyan qəlpə yarası alıb və vəziyyətinin kəskin ağır olduğu bildirilir.

Qeyd edək ki, Nikol Paşinyanın partiyasının təmsilçisi olan Mikaelyan Dağlıq Qarabağda döyüşmək üçün Ermənistanda könüllülər dəstəsi yaradıb. Belə ki, oktyabrın 14-də onun könüllülər qarşısındakı çıxışının videosu görüntülənib. Terrorçu deputat çıxışı zamanı “azərbaycanlılarla birdəfəlik qurtarmaq və kökünü kəsmək” barədə pafoslu çıxış edib və hazırkı nəticəsi, düşdüyü vəziyyəti də göz önündədir.

Terrorçu deputat baş nazir Nikol Paşinyanın "məxməri inqilabı" zamanı da fəallığı ilə seçilib və sonradan onun "zəhməti" deputatlığı ilə töhfələndirilib.

Xatırladaq ki, Sasun Mikaelyan birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əhaliyə qarşı amansız divan tutan işğalçı erməni terrorçu dəstələrə komandirlik edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə