"Ermənistan əraziləri təslim etsə, konfliktdən xilas olar" Nikol Paşinyan

"Ermənistan əraziləri təslim etsə, konfliktdən xilas olar" Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan təmas xəttində döyüşlər və bu döyüşlərin bitməsini şərtləndirən məsələlər barədə fikirlərini açıqlayıb. SİA Rusiyaya məxsus RİA Novosti agentliyinin yaımladığı məlumata istinadən xəbər verir ki, bu barədə erməni baş nazir özünün Facebook səhifəsində paylaşıb.

Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, əgər Ermənistan işğal etdiyi əraziləri təslim etsə, Qarabağın statusu ilə razılaşsa konfliktdən xilas ola bilər.

Onun sözlərinə görə bu zaman qədər Qarabağın statusu istiqamətində bir dənə də olsun nəticə hasil olmayıb, ümumiyyətlə alınmayıb. O, qeyd edib ki, 2011-ci ildə Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə keçirilən Sammit zamanı bunun üçün son imkan olubsa da bu imkandan yararlanılmayıb və nəticə də hasil olmayıb.
Xatırladaq ki, 27 sentyabr tarixində Ermənistan tərəflərinin təxribatlarına cəvab olaraq Azərbaycan Ordusu əks əməliyyatlara başlayıb, Azərbaycan əraziləri təxribatçılardan, terrorçulardan, işğalçılardan uğurla təmizlənir. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğalda saxlanılan Azərbaycan torpaqlarını işğaldan azad edir. Qeyd edək ki, döyüşlər zamanı Ermənistan tərəfi xeyli miqdarda canlı qüvvə, hərbi texnika, silah-sursat, eləcə də zəbt etdikləri ərazi itgisi ilə qarşılaşıb. İşğalçı ölkə hazırda döyüş əməliyyatlarına göndərmək üçün hərbçi, əsgər çatışmazlığı problemi yaşayır və guya könüllü adı altında yaşlıları, eləcə də qadınları və uşaqları döyüşə cəlb edir. Qondarma rejim qəhbəri isə Dağlıq Qarabağ ərazisini tərk etmək istəyən erməni əsillilərə qarşı qadağalar tətbiq edir və onları məcburi şəkildə döyüşə göndərməyə çalışır. Qüvvələr nisbətindəki fərqi görən erməni hərbçilərinin Ermənistana məxsus hərbi hissələri, mövqeləri qoyub qaçmalarının qarşısını almaq məqsədi ilə onlar zəncirlə bağlanaraq güclə, elə də qeyri-insani, qeyri-qanuni şəkildə saxlanılır. Amma bütün bunlara baxmayaraq Ermənistan tərəfi məğlubiyyətdən yaxa qurtara bilmədiyinin fərqindədir və bu səbəbdən çıxış yolları axtarır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə