Azərbaycanın qələbəsi etiraf olundu Ermənistan prezidenti tərəfindən
"Azərbaycan müharibədə qələbə qazanmağı bacarsa da, onsuz da bununla bitməyəcək". SİA xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan "Kommersant"a müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ probleminə bir həll axtararkən, sülh danışıqlarına həqiqi alternativ yoxdur.
“Azərbaycan, məsələn, müharibədə qələbə qazanmağı və ya əraziləri ələ keçirməyi bacarsa da, bu, bununla da bitməyəcəkdir. Ağıl müharibəsi, tarix müharibəsi, insan duyğuları müharibəsi davam edəcəkdir. Ermənistanda insanlar bunun başqa bir soyqırım olduğunu düşünəcəklər. Müharibə bitməyəcək. Beləliklə, bütün tərəflərin bundan sonra necə yaşamaq barədə razılığa gəlmələri kimi yalnız bir yol var”, deyə Sarkisyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB