"İran embarqo götürüldükdən sonra silah ixrac etmək istəyir" Əmir Hatəmi
Silah embarqosu götürüldükdən sonra İran idxaldan daha çox silah ixracı ilə məşğul olmaq istəyir. SİA Rusiyaya məxsus RenTV xəbər saytına istinadən məlumat verir ki, bu açıqlama ilə İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi çıxış edib.
"Şübhə yoxdur ki, idxaldan daha çox silah ixrac edəcəyik", deyə İran Müdafiə naziri televiziyada çıxışı zamanı bəyan edib.
"Keçən ildən bəri danışıqların aparıldığı bir neçə ölkənin silah ixracatı və idxalatı ilə məşğul olan şirkətləri Tehrana müraciət edib", deyə o vurğulayıb.
Xatəminin sözlərinə görə, çoxları sanksiyalar şəraitində İranın müdafiə sənayesində bu cür nəticələr əldə edə biləcəyinə inanmırdı.
Xatırladaq ki, İran üçün silahların idxalına və ixracına qoyulan embarqo 18 oktyabrda sona çatıb. Elə həmin gün, İranın nüvə proqramı ətrafında vəziyyəti həll etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planının qüvvəyə minməsindən beş il ötür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB