Ukrayna KİV-ləri Xudafərin körpüsünün işğalçılardan azad edilməsi barədə materiallar yayıb
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünü işğalçılardan azad etməsi barədə materiallar yayıb.
SİA xəbər verir ki, Ukrinform informasiya agentliyində, “QORDON”, “Segodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bununla bağlı özünün rəsmi “Twitter” səhifəsində yazdığı statusu qeyd edilib.
“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - deyə Ukrayna mətbuatı Azərbaycan Prezidentinə istinadla yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB