Rəşadətli ordumuzun gücünü gördükcə düşmən daha da azğınlaşır - ŞƏRH ÖZƏL

"Cənab Prezidentin açıqladığı qələbə xəbərləri düşmənin törətdiyi terrorların və vəhşiliklərin əsil cavblarıdır. Rəşadətli ordumuz addım- addım böyük qələbəyə yaxınlaşdıqca düşmən azğınlaşır və şanlı ordumuza gücü çatmadığından qisaını mülkü insanlardan almaq istəyir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, ermənilərin şizofrenik düşüncəli rəhbərləri hələ də anlamayıb ki, onlar dinc sakinlərimizə qaşı cinayət işlətdikcə xalqımız daha mübariz olur, birləşir və Ali Baş Komandana dayaq dayanır: "Ermənilərin dinc insanlarımızın yaşadığı yaşayış məntəqəsi olan Gəncə şəhərinə balistik raketlərin atılması hərbi cinayətdir. Beynəlxalq konvensiyalarda dinc əhaliyə qarşı balistik raketlərin işlədilməsi qətti qadağandır və müharibə cinayəti sayılır".

A.Badamov vurğulayıb ki, ordumuz düşmənin gündə onlarla canlı texnikası və yüzlərlə canlı qüvvəsini məhv etməklə törətdikləri bu cinayətlərin cəzasını verir, qarış-qarış torpaqlarımız işğaldan azad olunur: "Ərazi bütövlüyümüz təmin olunandan sonra isə dinc əhaliyə qarşı törətdikləri bütün bu cinayət əməllərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq məhkəmə tribunalar qarşısında cavab verəcəkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə