Bu vəhşətə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir - Mövlud Çavuşoğlu

Ermənistan hərbi cinayətlər işləməyə və mülki əhalini qətl etməyə davam edirlər. SİA xəbər verir ki, bunu öz twitter hesabında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu bildirib ki, uşaq, qadın, yaşlı demədən günahsız insanları öldürürlər: "Bu vəhşətə səssiz qalmaq, bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar işlədikləri günahların bədəlini ödəyəcəklər. Can Azərbaycan daim yanınızdayıq!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə