Ermənistan və onu dəstəkləyənlər bu qətliyamların cavabını verəcəklər - İbrahim Kalın
Ermənistan atəşkəs elan edilməsinə baxmayaraq, müharibə cinayətləri işləməkdə davam edir. SİA xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahım Kalın öz twitter hesabında paylaşıb.
İ.Kalın bildirib ki, Xocalıda törətdikləri qətliyam kimi indi də uşaq, qadın yaşlı demədən cinayətlərinə davam edirlər. Bu qətliyamlar qarşılıqsız qalmayacaq. Kim nə deyirsə, desin Türkiyə sonuna qədər Azərbaycanın yanındadır. Ermənistanın təcavüzlərinə səssiz qalanlar və onları cəsarətləndirənlər hərbi cinayətlərə ortaqdırlar. Ermənistan və onu dəstəkləyənlər bu qətliyamların cavabını verəcəklər.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə