Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar - Mustafa Şentop

Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar - Mustafa Şentop

Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar.

SİA xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop rəsmi Tvitter hesabında yazıb.

O bildirib: “Quldur Ermənistan dövlətinin Gəncə və Mingəçevir şəhərlərinə endirdiyi raket atəşlərində yenə dinc sakinlər hədəfə alındı. Hələ də, bu müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında cinayət ortağı kimi ittiham olunacaqlarını bilməlidirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə