Mən ”Smerç”, “Lora”, dron və başqa yeni silah növlərinin vacib olduğunu dəfələrlə yazmışam. SİA xəbər verir ki, bu fikirləri Ermənistan Müdafiə Nazirliyinin rəsmi sözçüsü Arsurun Ovannisyan Feysbuk səhifəsində yazıb və paylaşım edib.
Arsrun Ovannisyan əslində bu paylaşımı ilə Ermənistan ordusunun texniki təchizatının səviyyəsinin xeyli aşağı olduğunu etiraf edib. Onun ölkəsində hərbi vəziyyət rejimidir. Habelə təmsil etdiyi silahlı qüvvələr Qarabağda işğal altında saxladıqları torpaqlardan Azərbaycanın müasir silahlarla təchiz olunan ordusu tərəfindən qovulur. Bu kimi səbəblərdən Ovannisyan Ermənistan silahlı qüvvələrindəki real vəziyyəti, o cümlədən təmsil etdiyi qurumun silah, hərbi texnika ilə təchizatdan açıq yaza bilmir.
O, bu paylaşımı ilə həm də Ermənistan silahlı qüvvələrinin texniki-təchizat baxımından da Azərbaycan Ordusundan geri qaldıqlarını etiraf edib. Bununla da sözçü Ermənistanın məğlub olmağının səbəblərindən birini dolayı yolla açıqlayıb və bir sözlə, məğlubiyyət etiraf edib. Ovannisyan bu üstüörtülü paylaşımı ilə məğlub olduqları üçün özlərinə təskinlik verməyə səy göstərib.
“Ermənistan müasir hərbi texnika ilə aşağı səviyyədə təchiz olunduğu üçün döyüşlərdə məğlub olur”, mesajını bu yazısı ilə Ermənistan cəmiyyətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB