"Ordubada zərbə endirilməsi Türkiyə Rusiya arasında danışıqların pozulmasına xidmət edir" ÖZƏL-MÜNASİBƏT
"Ermənistanın Naxçıvan MR Ordubad rayonuna raket zərbəsi endirməsi əsasən, Türkiyə Rusiya arasında danışıqların pozulmasına xidmət edir. Bu, həm də Qars müqaviləsinin müddəalarına ziddir və rəsmi Yerevan çalışır ki, Ankara-Moskva qarşıdurması mərhələsinə keçilsin". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, bu siyasət Rusiyanı provakasiyaya çəkməkdir və Kreml rəhbərliyi Paşinyanın bu avantürist siyasətinə getməyəcək: "Rusiya məhz Qarabağ və Ermənistana endirilən zərbələrlə bağlı Ankara ilə konfontrasiyaya getməsi özünün geosiyasi maraqlarına ziddir. İlk növbədə Yerevanın bu avantürst mövqeyi Moskvanın Türkiyə ilə sıx iqtisadi-enerji və hərbi-texniki əməkdaşlığına zərbə vurur. Naxçıvanın münaqişə cəbhəsinə çevrilməsi bu istiqamətdən Əlahiddə qoşun rahat şəkildə Laçın dəhlizi və Qubadlı, Zəngilan və bu istiqamətlərdə Ermənistan ordusuna ciddi zərbələr vuracaq.
Ermənistan düşünür ki, müharibənin miqyasını genişləndirməklə Moskva müdaxilə edəcək. Amma Rusiya Bakı-Ankara platformasına qarşı hərəkətə keçməyəcək. Necə ki, Azərbaycan Vardenisdə Ermənistan hərbi bazasına raket zərbələri endirməklə, Moskva qarışmadı. Naxçıvandan Ermənistanın hücumuna qarşı cavab zərbəsinə Moskva neytral qalacaq.
Regionda siyasi-hərbi balans Azərbaycanın maraqlarına cavab verir. Münaqişənin davam etməsi ilə Qarabağa bundan sonra status verilməsi mümkün olmayacaq. Ümumiyyətlə, Rusiya Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxarsa da, Ermənistan kapitulyasiya sülhünə gəlməyəcək. Moskva bu şəkildə Cənubi Qafqazda sülhün və təhlükəsizliyi daima Ermənistan vasitəsilə təhdid edəcək.
Qeyd edim ki, Qarabağla bağlı baza prinsiplərini Prezident İlham Əliyev qəbul etsə də, bu, bir müddətdən sonra, bu güzəşt Ermənistana tanınmaya bilər. Ümumiyyətlə, Ermənistan heç vaxt Qarabağın Azərbaycanın tərkibində qalması ilə barışmayacaq və 30 il müddətində məhz bu siyasəti davam etdirib. Qarabağda ermənilərə muxtariyyət verilməməli və ermənilər də bu müharibədən sonra, Qarabağa köçüb azərbaycanlılarla yaşamaq istəməsi polimikadir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB