Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır Hikmət Hacıyev

Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır Hikmət Hacıyev

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib.

SİA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu addım Ermənistanın bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışdığını göstərir: "Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə