Ermənistan gücün beynəlxalq hüquqdan üstün olduğunu sübut etməyə çalışır - ŞƏRH ÖZƏL
"Düşünürəm ki, Ermənistan ordusu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu atəşə tutmaqla müharibə arealını genişləndirmək istəyir. Həmçinin istəyirlər ki, bu müharibə tək lokal və kiçik ərazilərdə deyil, daha böyük ərazilərdə beynəlxalq səviyyəli bir müharibəyə çevrilsin". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Arzu Nağıyev bildirib.
Deputat qeyd edib ki, ermənilərin hazırki məqsədi məhz bundan ibarətdir: "Həmçinin bütün bu məsələlər fonunda KTMT ilə Türkiyə qoşunu üz-üzə gələ bilər. Ona görə də, bunun düşünülmüş və məqsədyönlü bir siyasət olduğunu deyə bilərik".
A.Nağıyev vurğulayıb ki, bunun cavabdehliyi bir başa Ermənistanın hərbi-siaysi rəhbərliyinin üstünə düşür: "Artıq Ermənistan bu cür həddini aşan əməlləri törətməklə bütün beynəlxalq hüquqi normaları pozur. Gücün beynəlxalq hüquqdan üstün olduğunu sübut etməyə çalışır. Məsələnin sonu isə çox acınacaqlı vəziyyətə gəlib çıxa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB