Paşinyan sorosçu rusofobların rusofiblərə çevrilməsi tapşırığını veribmiş İLGİNC

Paşinyan sorosçu rusofobların rusofiblərə çevrilməsi tapşırığını veribmiş İLGİNC

Ermənistanın sorosçu hakimiyyətinin anti-Rusiya xarakterli siyasətlər fiaskoya uğradıqdan sonra görünür, baş nazir Nikol Paşinyan həmin siyasətin dəyişdirilərək, Rusiya yanlısı ilə əvəzləmək qərarına gəlib. SİA xəbər verir ki, bu məsələ ilə bağlı Ermənistanın “İrates” nəşri yazır və ilginc məqamlara toxunur. Qəzet yazır ki, dünənin metamorfozlarının, bəzi barışmaz qərbyönlülərinin rusofillər cərgəsinə keçmələri nəinki özünəməxsus istedadları ilə seçilir, eyni zamanda bir sıra digər məsələləri də önə çıxarır.

“ Deyilənə görə, barışmaz rusofobların bir gecədə rusofillərə çevrilmələri hakimiyyətin göstərişi ilə baş verib: yuxarıdan instruksiya verilib ki, bugünlərdə Rusiyaya az ilişsinlər, belə ki, bu, birbaşa elitalara zərbə vurur”, yazan erməni nəşri qeyd edir ki, artıq onlar (rusofoblar) öz rollarına o qədər inanıblar ki, indi də həmin adamları Rusiyadan “qoparmaq” mümkün olmur”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə