ABŞ Liviyanın Milli Keçid Şurasını diplomatik səviyyədə tanımayıb

ABŞ Liviyanın Milli Keçid Şurasını diplomatik səviyyədə tanımayıb

Ağ Ev Liviyanın Milli Keçid Şurasının legitimliyini tanıyıb. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın prezident administrasiyası bəyanat yayıb. Adminstrasiya prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Tom Donilonla Vaşinqtondakı şura üzvləri arasında keçən görüşün sonunda bəyanatla çıxış edib.

Sənəddə Liviyanın Milli Keçid Şurası "Liviya xalqının qanuni nümayəndəsi" kimi qiymətləndirilib. Bununla yanaşı görüşdən sonra Milli Şura Liviyanın vahid qanuni hökuməti kimi diplomatik səviyyədə tanınmayıb. ABŞ prezidenti Barak Obama Liviyanın nümayəndə heyətinin üzvləri ilə görüşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə