Ermənilərin boğazında ilişən “kal armud” TƏHLİL

Ermənilərin boğazında ilişən “kal armud” TƏHLİL

Paşinyan bir çox cəhətdən etimadı doğrultmadı. Ələlxüsus öz xalqının, ona güvənən ermənilərin etimadını heç doğrultmadığını özləri hamıdan yaxşı başa düşür. İndi son nəfəsində olan, inləyən işğalçı rejim və separatçılığı, terrorçuluğu rəhbər tutanların boğazında həm də Nikol Paşinyan kimi “kal armud” qalıb. Nə uda bilirlər, nə də bu “armud”la nəfəs ala bilirlər. Ancaq “keçiddə atları dəyişdirmirlər”, deyə düşünənlər dözmək məcburiyyətindədirlər.

Doğrudan da erməni cəmiyyətini onsuz boğmaqda olan problemlər, ələlxüsus bir zamanlar qənimət hesab etdikləri, zəbt və işğal etdikləri Dağlıq Qarabağ torpaqlarını günü-gündən, bir-birinin ardınca əldən vermələri yetərincə ağrılı bir məsələyə çevrilib. Əvvəla, uzun zaman bu torpaqlarda çaxnaşma salmaq, bu torpaqlara iddia irəli sürmək üçün bir çeçə nəsil erməninin dəridən-qabəqdan çıxması, ardınca ötən əsrin sonlarında bu torpaqlar uğrunda verdikləri itgilər, indi də böyük canlı qüvvə, hərbi texnika, maddi vəsaitlər itgisi erməni cəmiyyətinin ağlını tamamilə başından alıb və bu başadüşüləndir. İndi, “Paşinyanı kənarlaşdıraraq ölkənin gücünü bərpa etmək, cəbhədə dönüş nöqtəsinə nail olmaq mümkündürmü?” sualı ətrafında baş sındıran ermənilər bir sahilə çıxa bilmirlər və heç çıxacaqlarını ümid edənlər də yoxdur.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın erməni xalqına dünənki müraciəti həm hərbçilər, həm Köçəryan, həm Sərkisyan tərəfdarlarını və eləcə də keçmiş eməni rəhbərlərinin özlərinin də ciddi narazılığına səbəb olub. Erməni baş nazir müraciətində qondarma Qarabağ Müdafiə Ordusu hissələrinin cəbhənin şimal və cənub istiqamətlərində məcburi şəkildə geri çəkilməsini və ümumilikdə çətin vəziyyəti barədə xəbərdarlıq etməklə, son zamanlar qazandığı nifrəti ciddi şəkildə, əhəmiyyətli dərəcədə artırıb. Ələlxüsus o mövcud çətin duruma düşdüklərini əvvəlki hökumətdən qalan miras kimi dəyərləndirməklə, ümumiyyətlə böyük rezonans yaradıb erməni cəmiyyətində.

Halbuki, əvvəlki hakimiyyət isə Paşinyanı və onun komandasını ittiham edir və qınayır ki, hazır şəkildə onlar üçün qoyub getdiklərini qoruya bilmədilər. Hətta, bəyan edirlər ki, onlar Nikol və onun hakimiyyət komandasını “belə danışıqlar prosesi müharibəyə aparacaq” xəbərdarlığı ilə də bundan öncə məlumatlandırıblar.

Erməni generalları da narazıdırlar. Görünür, Dağlıq Qarabağdakı uğursuzluqlarını Paşinyan hökumətinin üzərinə atmağa çalışırlar. Üstəlik, Paşinyan hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün narazı generalların müxalif qüvvələrlə birləşməsinin mümkün olduğu bir vəziyyət də meydana gəlib.

İndi erməni cəmiyyəti etiraf edir ki, hökumət başçısı bəzi generalların arxasındakı müxalifət qüvvələrinin durduğunu da yaxşı bilir. Vəziyyətin mürəkkəbliyini dərk edərək etiraf edir ki, generalları kənarlaşdırmamış, hətta həbs etməmiş Nikol özü cəzalandırılmalıdır və lazım gəldikdə siyasi səhnədən uzaqlaşdırılmalıdır. Məsələ burasındadır ki, bu cəmiyyətin belə addım atmaqla belə hansısa uğurlu nəticələr əldə edəcəyinə də ümidi yoxdur. Məğlubiyyətin qaçılmaz olduğu, ədalət tərəzisindən qaça bilməyəcəkləri qənaəti indi erməni cəmiyyəti üçün gün kimi aydındır. Sadəcə, çabaladıqları da anlaşılandır və uzun zamandır xəyal qurduqları qondarma respublika ilə vidalaşmaq ərəfəsində olduqlarının fərqindədirlər.

Rəsmi İrəvan nə qədər yalançı informasiyalar yaysa da, cəbhə xəttindəki məğlubiyyətlərini, itgilərini gizlətsə də bu nəticəyə zərrə qədər təsir edəcək deyil. Ola bilsin belə dezinformasiyalarla, yalançı xəbərlərlə Ermənistan hakimiyyəti, elə Paşinyanın öz bir balaca zaman qazanmaq istəyir. Amma faydasızdır. Çünki, “yeməklə doymayan yalamaqla heç doymaz” zərb məsəlində olduğu kimi, az qala 30 il ərzində nail ola bilmədiyinə belə kiçik və kritik zaman fasiləsində nail olacağı heç ağlasığan deyil və mümkünsüzdür. Onsuz da nə qədər yalan informasiyal yaysalar da sosial şəbəkələrdə və mediada erməni ordusunun cəbhədə ağır məğlubiyyəti barədə hər cür məlumatlar dolaşır. Rəsmi məlumatda yüzlərlə canlı qüvvə itgisi olduğu halda, ermənilərə məxsus sosial şəbəkədə minlərlə hərbçinin axtarışı, barələrində öldü, yoxsa qaldı xəbərinin olmadığı barədə məlumatlar yer alır. Ermənilər döyüşə göndərdikləri barədə məlumat almaq istəyirlər, amma işğalçı ölkənin Müdafiə Nazirliyi utanmadan 5 min hərbçinin itgin düşdüyü barədə bəyan edir. Simasızlıq dərəcəsini bu həddə təsəvvür etmək belə mümkün deyil. İtgin düşənlərin sayı minlərlə necə ola bilər axı? Xüsusən son zamanlar gizli yazışmalar da ortaya çıxıb və bəlli olur ki, erməni əsgərlərinin cəsədlərini daşımaq belə çətinlik törədir, onlarının sayının həddən artıq çox olması səbəbi ilə və gizli yazışmalardan aydın olur ki, xüsusi panika olmaması üçün cəsədləri sahiblərinə az-az paylamaq tapşırılıb.

Bəlli olur ki, beləliklə, erməni cəmiyyətində bir qəzəb dalğası var və bundan təkcə Paşinyan və onun hakimiyyəti qorxmur, eləcə də bütün ölkə ehtiyatlanır. İnsanların yenə də küçələrə çıxmaq, bu dəfə Paşinyanı devirmək meyilləri işğaçı ölkəni əməlli başlı qorxur. Çünki, belə bir durumda bunun məhvə aparan ən qısa yol olduğunu sıravi bir erməni də başa düşür.

Uzun müddətdir Paşinyanla bağlı hər hansı bir xəyal quranlar da indi xəyallarından əl çəkib reallıqla barışmaq məcburiyyətindədirlər. İndi onun tərəfdarə olanlar da olmayanlar kimi onun populist biri olduğuna əmin oldular. Bəli, Nikol Paşinyan xalqın etimadını doğrultmadı, əksinə, ümidlərindən, inamından sui istifadə etdi ki, bunun da gec-tez cəzası var. O, ermənilər üçün təhlükəli bir vəziyyətin yaranmasına imkan, şərait yaratdı. Ancaq indi, keçiddə, çətin durumda atları dəyişmək istəyən də tapılır, bunun mənasız və məhvedici olduğunu dərk edənlər də. Nikolu kənarlaşdırmaqla dönüş nöqtəsi olacağını isə düşünən yoxdur. Əksinə, vətəndaş müharibəsi təhlükəsi olduğunu hamı bilir. Fəqət bu gün belə bir təhlükədən qaçmağı bacarsalar da ermənilər, sabah belə bir reallıqla üzləşmək məcburiyyətindədirlər. Çünki, erməinlərin Paşinyanın onlara yaşatdığını əsla ona bağışlamayacağına zərrə qədər şübhə ola bilməz. Amma indi, müharibə şəraitində bunu etməkdən çəkinirlər. Bu qədər erməni əsgərinin ölümünə fərman verən birinin mühakiməsi çox fəlakətli olacaq Nikol üçün. Sadəcə, hazırki vəziyyətdə Nikol hələ ortalıqda gəzə bilirsə, bu o deməkdir ki, erməni cəmiyyətinin boğazında ilişib qalıb bu kal meyvə.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə