"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin arasında görüşdə Azərbaycan ərazilərində baş verən hərbi eskalasiya ilə bağlı vəziyyət müzakirə olunub. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun tərəflərə irəli sürdüyü həll variantı ilə bağlı məsələdə Türkiyə Azərbaycan tərəfinə mənəvi-siyasi dəstəyi fonunda mövqeyini bildirib. Azərbaycan tərəfi də rəsmi şəkildə dəfələrlə bildirib ki, Türkiyə danışıqlarda iştirak etməlidir". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, rəsmi Ankara mövqeyini bildirməlidir, çünki Türkiyənin mövqeyi bu məsələdə həlledicidir: "Buna görə də, hər iki ölkə başçısının müzakirə predmeti kimi Dağlıq Qarabağ məsələsini müzakirəsi bir qədər diplomatik müstəvidə hər iki tərəfin məsləhətləşməsi fonunda keçib. Qeyd etmək lazımdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov növbəti dəfə Rusiyanın mövqeyini bildirib. Bu mövqe ondan ibarətdir ki, 5 rayon ilkin surətdə erməni işğalçılarından azad olunduqdan sonra kommunikasiyalar, yol-nəqliyyat infrastrukturu açılır, daha sonrakı mərhələdə isə 2 rayon və Dağlıq Qarabağın yüksək statusu adı altında muxtariyyəti və gələcək planlar haqqında məsələlər müzakirə oluna bilər. Təbii ki, bu variant Azərbaycanı və Türkiyəni qane etmir".
İ.hüseynov qeyd edib ki, Ermənistan humanitar atəşkəs rejimi tətbiq olunduqdan sonra atəşkəsi davamlı olaraq pozur və Azərbaycanın dinc mülki əhalisini atəşə tutur: "Vurğulamaq lazımdır ki, humanitar atəşkəs razılaşmasının əldə olunmasından cəmi 14 sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbəsi endirilib. Ümumi kontekstdə bu görüşü qiymətləndirsək artıq Moskva ilə Ankaranın burada həlledici olması və hər iki tərəfin münaqişənin həll olunması istiqamətində təşəbbüsləri ortadadır. Artıq diplomatik siyasi müstəvidə və masa arxasında hər iki tərəfin də olması Azərbaycan üçün də çox önəmlidir. Çünki Türkiyə bizim qardaş dövlətimizdir və Türkiyənin regionda sülhün təmin olunması nöqteyi nəzərdən varlığı Azərbaycanın da dünyadakı mövqeyini bir qədər də möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB