Fransalı nazir Türkiyəyə qarşı necə çaşdı... SƏHV

Fransalı nazir Türkiyəyə qarşı necə çaşdı... SƏHV

Jan-İv Le Dria isə ən azından başçılıq etdiyi qurumunun mətbuat katibi vasitəsi ilə Türkiyə rəhbərliyinin bəyanatlarını öyrənməli, daha sonra fikirlərini ictimailəşdirməliydi

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, Fransanın ən ali siyasi dairələrində Ermənistanın işğalçılıq siyasətinə göstərilən dəstək davam edir. SİA xəbər verir ki, ermənilərin aysor.am saytı Fransa XİN-nin rəhbəri Jan-İv Le Drianın Türkiyənin Dağlıq Qarabağ mövzusunda atəşkəs rejimi ilə bağlı çağırış etməməsini “əsas” gətirməklə qardaş ölkəni ittiham etməsi məlumatını yayıb.

“Mən vurğulayıram, Türkiyə yeganə ölkədir ki, atəşkəsə riayət olunmaqıa bağlı çağırış etmir və bu məhvedicidir”, deyə təköəbbürlü ittihamını davam etdirən fransalı nazir həmin sözlərini Parisdə Fransa, Almaniya və Polşa XİN rəhbərləri ilə görüşündən sonra keçirilən mətbuat konfarnsında bildirib.
Lakin görünür, erməni lobbisinin Fransanın siyasi dairələrinə buraxdığı pul-paradan gözü doymayan fransız nazir bu ərəfələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın prezidenti Vladimir Putinlə telefon danışığında irəli sürdüyü fikirlərini ya etşitməyib, ya da eşitmək istəməyib. Belə ki, qardaş ölkənin dövlət başçısı rusiyalı həmkarı ilə söhbətində humanitar atəşkəsin tərəfdarı olduğunu bəyan etməklə, məhz erməni tərəfinin bu qərara riayət etmədiyini təsdiq edən fikirlərini irəli sürüb. O cümlədən, işğalçıların Azərbaycanın ərazisindən çıxdıqlarından sonra sülh danışıqlarının vacibliyinə də toxunan cənab Ərdoğan Ermənistanın humanitar aətşkəs rejimini hazırda da pozduğunu xatırladıb.

Fransanın XİN rəhbəri Jan-İv Le Dria isə ən azından başçılıq etdiyi qurumunun mətbuat katibi vasitəsi ilə Türkiyə rəhbərliyinin bəyanatlarını öyrənməli, daha sonra fikirlərini ictimailəşdirməliydi.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə