YAP Goranboy rayon könüllüləri düşmən hücumundan zərər görmüş şəxsləri ziyarət ediblər
YAP Goranboy rayon Gənclər Birliyinin könüllüləri Goranboy rayonunun Qızılhacılı qəsəbəsində erməni terrorçularının mülki əhaliyə atdığı raket zərbələrindən zərər görmüş şəxləri ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, könüllülər zərərçəkənlərin evlərində olub və dağıntıların təmizlənməsində sakinlərə kömək ediblər.
Bundan başqa könüllülər işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərin adları əks edilmiş siyahını əhaliyə paylayıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB