Paşinyanın rəqibləri siyasi meydana dəvət olunur Ermənistan mətbuatı yazır
Qaqik Sarukyanın həbsdən azad edilməsi üçün Ermənistanda ictimai rəy formalaşıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qeyd edilir ki, bütün müxalifət qüvvələri eyni bu fikir ətrafında birləşib. “Mövcud vəziyyətdə parlamentin ikinci ən böyük fraksiyasının lideri, "Çiçəklənən Ermənistan partiyası"nın rəhbəri Qaqik Sarukyanın hələ də həbsdə olmasına erməni cəmiyyəti qıcıqla yanaşır, sosial şəbəkələrdə və ictimai müzakirələrdə ona qarşı tətbiq olunanların aradan qaldırılması tələbi səslənir. Hələ 6 oktyabrda ölkənin 13 partiyası Ermənistan rəhbərinə qarşı qabaqlayıcı tədbirə yenidən baxılması təklifi ilə Respublika Baş Prokuroru Artur Davtyana yazılı müraciət edib.
Ermənilər Sarukyanın bu günlərdə həbsdə saxlanılmasının Ermənistan Respublikası və qondarma Dağlıq Qarabağ Respublikasının maraqlarından irəli gəlmədiyi qənaətindədirlər. Çoxsaylı insanlar, hətta yumşaq desək, Sarukyanın tərəfdarı olmayanlar belə onun həbsdə saxlanılmasına narazılıq ifadə edirlər”, deyə Ermənistana məxsus nəşr yazır.
Xatırladaq ki, Nikol Paşinyan hakimiyyət kürsüsünü ələ keçirdikdən sonra əvvəlki hakimiyyətlə çalışan, hətta ən kiçik əlaqələri belə qalan kadrları hakimiyyət nümayəndələri sırasından dərhal uzaqlaşdırdı. Bununla yanaşı erməni baş nazir önunla eyni fikirdə olmayanları, hətta, Artur Vanesyanın timsalında özü tərəfindən təyin olunan kadrları belə fikir ayrılığı, tabesizlik səbəbindən tamamilə kənarlaşdırdı. Kütlənin narazılığından istifadə edərək, rəngli inqlab adı altında dövlət çevrilişi edən beli çantalı küçə nümayişçisi baş nazir kürsüsündə ona müxalifətdə olan bütün qüvvələrə qarşı repressiyalar həyata keçirməyə başladı. Bunlardan bəziləri, məsələn, Qaqik Sarukyan müxalif fikirli biri olduğu üçün səbəbsiz, əsassız yerə həbs edildi. Dəfələrlə ermənilərin etirazlarına, Sarukyana azadlıq tələbinə, daha doğrusu, Nikolun qanunsuz hərəkətlərinə qarşı çıxmalarına baxmayaraq, özünü demokrat sayan əldəqayırma baş nazir söz azadlığını, insan azadlığını, hüququn, ədalətin aliliyini ayaqlar altına ataraq tələblərə, etirazlara məhəl qoymayıb, Sarukyanı həbsdə saxlamaqda davam edib.
Göründüyü kimi, erməni cəmiyyəti Nikol Paşinyanın uğursuz siyasətinin qurbanına çevrildiyini dərk etməkdədir və istər canlı qüvvə, istərsə hərbi texnika, istərsə də zəbt etdikləri torpaq itgilərinin fərqində olan ermənilər kömək üçün istənilən qüvvəyə, istənilən şəxsə belə üz tutur və yardım umurlar. Bu baxımdan, onsuz da Nikol Paşinyanın vəziyyətə zərrə qədər də təsir imkanının olmasına əmin olan ermənilər Sarukyana, digər müxalifət partiya liderlərinə üz tuturlar. Bir sözlə, Paşinyanın rəqibləri siyasi meydana dəvət olunur. Bu isə nəticə etibarı ilə Nikol üçün sonun başlanğıcı deməkdir. Çünki, Sarukyan Ermənistan baş nazirini hakimiyyəti ələ keçirdiyi ilk günlərdə belə hesaba almırdısa, deməli, onun bu acınacaqlı vəziyyətində ümumiyyətlə, hansı şəkildə onu aradan götürəcəyi zərrə qədər şübhə doğurmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB