Meksikanın tanınmış sənət xadimi Azərbaycana həmrəyliyini ifadə edib

Meksikanın tanınmış sənət xadimi Azərbaycana həmrəyliyini ifadə edib

Dünyada tanınmış meksikalı kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio videomüraciətlə Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb.

SİA Azərbaycanın Meksikadakı Səfirliyinə istinadən bildirir ki, Sonia Amelio ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə