“Azərbaycan cəbhə xəttini yarıb” Separatçıların rəhbərinin etirafı
“Azərbaycan tərəfi Dağlıq Qarabağda cəbhə xəttini yarıb”. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri quldur separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan deyib.
A.Arutyunyan Azərbaycan ordusunun onlara daha ağır zərbələr endirdiyini etiraf edib.
“Hansısa məntəqələrdə düşmən cəbhə xəttini yarıb və dərinliyə irəliləyib”, deyə A.Arutyunyan etiraf edib.
Xatırladaq ki, çarəsiz vəziyyətdə qalan A.Arutyunyan həmçinin xaricdə yaşayan erməni diasporunu da orduya qoşulmağa çağırıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB