Araikin aciz yalvarışları nəticə vermir MƏĞLUB

Araikin aciz yalvarışları nəticə vermir MƏĞLUB

Ermənilər isə artıq döyüşmək istəmirlər

Qondarma “dqr”in separatçı və saxta “prezidenti” Araik Arutunyan artıq bir neçə gündür ki, erməni KİV-ləri və qanunsuz olaraq Xankəndinə gedən xarici jurnalistlər vasitəsi ilə erməni xalqına aciz yalvarışlarını davam etdirməkdədir.

Belə ki, bir müddət əvvəl işğal olunan əraziləri itirdiklərini etiraf edən Araik bu dəfə ağır və sarsıdıcı məğlubiyyətlərini guya “qəhrəmanlıq ritorikası” vasitəsi ilə ört-basdır edəcəyini düşünüb. Məhz bu baxımdan növbəti müraciətində “erməni xalqının vahidliyindən”, “mübarizliyindən” və s. “keyfiyyətlərindən” ağızdolusu bəhs edərək, itirilmiş və növbəti itirəcəkləri ərazilərin də adlarını dolayısı ilə açıqlayıb.

Araik Arutunyan ermənilərin mənəvi tərəfdən məhv olduğunu da yaxşı bilir və bu dəfə onların fiziki iştiraklarının vacibliyindən danışır

“Biz daha ağır zamanlarda dayana bilmişik - 1992-1994-cü illərdə “qandzasarda” (Şuşada), Əskəranda, “Mardakertdə” (Ağdərədə), Hadrutda tarixi döyüşlərə getmişik”, deyə xəyallara qapılan saxtakar separatçı məğlubiyyətin təsirindən başını itirərək, hələ də “qalib” olduqları ətrafında var-gəl edib.

Beləliklə, erməni diasporuna, xarici ölkələrdə yaşayan ermənilərə yalvaran Arutunyan onları Qarabağa gəlməyə – öz əzəli və haqqı olan torpaqları uğrunda şücaətlə döyüşən azərbaycanlılara qarşı savaş aparmağa yalvarıb.

Maraqlıdır ki, Araik Arutunyan ermənilərin mənəvi tərəfdən məhv olduğunu da yaxşı bilir və bu dəfə onların fiziki iştiraklarının vacibliyindən danışır. “Biz sizin fiziki iştirakınızı mühüm sayırıq, bizim buna ehtiyacımız var”, deyə o yalvarışlarını acizliyi ilə bərabər davam etdirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə