Anar Xəlilov: “Ermənilər layiq olduqları cəzanı alırlar” RƏY-ÖZƏL
“Artıq bir əsrdən çoxdur ki, ermənilər azərbaycınlılara qarşı terror əməlləri törədir və soyqırımı planı həyata keçirir”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, havadarlarının sayəsində ermənilərin cinayət əməlləri cəzasız qalırdı: “Bundan istifadə etməklə torpaqlarımızı həyasızcasına zəbt edən faşist xislətli ermənilər düşünürlər ki, onları Cənubi Qafqaza gətirən, saxta tarix yazıb hədiyyə edən, dövlət statusu bəxş edən havadarı bunların cinayət əməllərini himayə edəcək. Nəhayət, 30 ildən artıq ATƏT Minsk Qurupunun həmsədrlərinin nağıllarına qulaq asan Azərbaycanın səbri tükəndi. Qardaş Türkiyə və Pakistanın mənəvi dəstəyinə arxalanan Azərbaycan ermənilərin davamlı təxribatlarına cavab olaraq əks hücüm əməliyyatlarına başladı. Təbii ki, Azərbaycan ordusunun qurulmasında, müasir hərbi texniki təchizarla təmin olunaraq Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsində əsas rol Prezident İlham Əliyevə mənsubdur. Məhz Onun apardığı hərbi diplomatik siyasətin nəticəsidir ki, ermənilər bu gün layiqli cəzalarını almaqdadırlar. Eyni zamanda, əks hücüm əmri verən Ali Baş Komandanımızın qətiyyəti və bu yolda dönməz əzmliyi əsas faktorlardan biridir. Xalq, ordu, Prezident birliyi yaradan bu siyasətin müsbət nəticələri artıq qısa zaman kəsiyində ortadadır və bütün dünyanı heyrətləndirməkdədir. Azad olunmuş torpaqlarımız, düşmənin silah, sursat, texnikalarının ataraq başı pozuq şəkildə qaçması dediklərimin əyani sübutudur”.
A.Xəlilov faktlara istinadən bidirdi ki, artıq Ermənistan ordusu deyilən bir ordu yoxdur: “Özünü itirmiş xaotik şəkildə müqavimət göstərən ayrı-ayrı qruplar və faşist ideologiyasına söykənən siyasi rəhbərlik var. Məhz döyüş meydanında uduzan bu siyasi rəhbərlik ən alçaq üsula əl ataraq dinc əhaliyə qarşı qırğına əl ataraq köhnə əməllərini davam etdirməkdədir. Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Horadiz, Yevlax və s. şəhər, rayonlarımızın raket atəşinə tutulması ancaq faşist xislətli erməni terrorçularının bacardığı yeganə vasitədir. Bu mənfur əməlin nəticəsində bu gün dinc sakinlərimizin, qadın və uşaqların qanı axıdılır. Cənab Prezident qeyd etdiyi kimi, Azərbaycan dövləti dinc əhali ilə döyüşmür, işğalçı ilə döyüşür. Bunlar isə döyüş meydanında həmişə olduğu kimi məğlub olduqda, namərdcəsinə dinc əhaliyə qarşı terror əməlləri həyata keçirirlər. Bunların havadarları isə yenə bunu görmürlər. Yenə eyni notlar , ittihamlar, yalan, şər. Onsuz da onlardan başqa mövqe də gözləməyə dəyməz. Dünyanın böyük hissəsi şərin tərəfdarı kimi görünür. Olsun, Cənab Prezidentin qətiyyətli əmri ilə başladılan bu əks hücum xeyir qüvvələrin himayəsindədir, əməlimiz xeyirdir. Tanrı bizimlədir. Haqq işimiz olan bu savaş erməni terroruna və işğalına son qoyacaqdır. Cənubi Qafqaz sülhə çatacaq, region xalqları öz inkişafına davam edəcəkdir. Tanrı Ali Baş Komandanımızı və ordumuzu qorusun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB