"Elif Şafakın Twitterdəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanda Elif Şafakın kitablarının nəşr hüququ Qanun nəşriyyatına məxsusdur: "Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik".
Ş.Xuduoğlu vurğulayıb ki, hamını Twitterə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm: "Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik. Bizi güclü edən bizim həqiqətlərdir".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB