Türkiyəli yazar Elif Şafak erməni terrorçularına qahmar çıxdı ANALİTİK+FAKT
Yaxud, “Hepimiz ermeniyiz” mənfur siyasətini reklam edən iyrənc pedofil
Türkiyədə yazıçılıqla məşğul olan və əsasən, pedofiliya, açıq intim və s. tipli ürəkbulandırıcı “əsərləri” ilə türk mənəviyyatına, əxlaqına xələl gətirən Elif Şafak növbəti dəfə erməni terrorçularına qahmar çıxaraq, özünün əsl sifətini ortaya çıxarıb. Onun bu addımı isə bir daha sübut edir ki, bu ünsür çıxdığı qınını bəyənməyərək, məhz erməni lobbisinin çörəyi ilə qidalanır, sözün əsl mənasında, türk dünyasına xəyanət edir, üstəlik, bu vasitə ilə nacins fərd olduğunu isbatlamış olur.
Qeyd edək ki, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan Elif Şafak şəxsi “Twitter” hesabından Ermənistana dəstək məqsədli paylaşım edib. SİA-ya daxil olan məlumata görə, o erməni musiqiçisi Simon Mağakyanın ermənilərin öz əli ilə təxribata uğramış, dağılmış Şuşa kilsəsindəki ifasını paylaşıb, üstəlik, Türkiyənin dövlətçilik maraqlarına qarşı aşkar düşmən mövqeyi sərgiləyən HDP-nin erməni əsilli deputatına təşəkkür edib.
Elif Şafakın belə bir addımı illər əvvəl Türkiyədə erməni lobbisinin əli ilə başladılmış “Hepimiz ermeniyiz” adlı xain hərəkatının yenidən iyrənc siyasət olaraq ortaya atıldığını isbatlayır. Lakin bütün bunlarla yanaşı, bir daha Elif Şafakın hansı məzhəbə qulluq etməsini və nəyə görə türk dünyasında hiddət doğurmasını sübut edən bir neçə faktlara diqqət yetirək.
Məsələn, bu ünsür özünün “Baba və Piç” (Ata və bic) adlı “romanında” bütövlükdə türküçülüyə həqarət edib. Pedofiliyanın, uşaqbazlığın və bu kimi istiqamətdəki yazılarının yer aldığı kitabları ilə “məşhur” olan Elif Şafak bu gün də həmin iyrənc fəaliyyətini davam etdirməkdədir.
Digər tərəfdən, Elif Şafak qondarma erməni soyqırımını da həmin kitabı vasitə ilə qəbul etdiyini göstərib, üstəlik, türkləri “cani” adlandırıb.
Onun “Baba və piç” adlı kitabında yazdığı və aşkar düşmənçilik faktorlarını ehtiva edən bəzi ifadələri türk dilində diqqətə çatdırırıq:
“Toprağımızdan kovulduk, eşyalarımızdan olduk, hayvan muamelesi gördük, koyun gibi kesildik. Doğru düzgün haysiyetli bir ölüm bile esirgendi bizden.”
“Silah arama bahanesiyle Ermeniler’in evlerine girip sonra da yağmalıyorlar… Sıradan Türklerle ne konuşacaksın, eğitim görmüşler bile ya milliyetçi ya cahil...”
“1909 Adana katliamlarından ya da 1915 tehcirinden.. Bunlar sana bir şey hatırlattı mı? Ermeni soykırımı diye bir şey duydun mu? Erkek bırakmıyorlar ortada...”
“Ayaş’ta sağ kalan olmamış. Çankırı’ya götürülenler de peyder pey öldürülmüşler. Sopalarla, balta saplarıyla dövülmüşler. Bazıları açlıktan ölmüş,bazıları da öldürülmüş.”
“Orada yerleşik milyonlarca Ermeni’ye ne oldu peki? Asimile edildiler! Eridiler! Yetim bırakıldılar. Sürüldüler. Mal mülklerinden oldular. Türkler’di 1915’te bunları yapanlar.”
“Sen kalk gel Orta Asya’dan, dal dostoğru Anadolu’nun bağrına... Bütün akrabalarını 1915’te kasap Türklerin ellerinde kaybetmiş soykırımzede bir sülalenin torunuyum.”
Bununla yanaşı, daha bir fotoda Elif Şafakın “Mahrem” kitabındakı idbar və iyrənc pedofiliya xarakterli yazılarının bir hissəsini təqdim edirik. Baxın və terrorçu ermənilərin dəstəkçisinin kim olduğunu bir daha şahidi olun!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB