Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Dağlıq Qarabağla bağlı birgə bəyanat yayıb.
SİA-nın məlumatına görə, bəyanatda münaqişə tərəflərinə atəşkəs mexanizmini işə salmaları çağırışı edilib.
Həmsədrlər dinc əhali arasında itkilərin qəbuledilməz olduğunu vurğulayıblar.
Qeyd edək ki, Minsk Qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün 1994-cü ildə yaradılıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB