Hikmət Hacıyevlə İbrahim Kalın arasında telefon danışığı baş tutub
"Mütəmadi təmasda olduğum yaxın dostum İbrahim Kalınla telefon danışığından məmnun oldum. ATƏT və Minsk Qrupunun üzvü və regionda aparıcı ölkə kimi Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindəki vacib rolunu bir daha ifadə etdik".
SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində bildirib.
Qeyd edək ki, İbrahim Kalın Türkiyə Prezidenti Administrasiyasının Mətbuat katibidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB