Bir qrup avropalı jurnalist qanunları necə pozub? ANALİTİK

Bir qrup avropalı jurnalist qanunları necə pozub? ANALİTİK

Jurnalistlərin Qarabağa qanunsuz səfərlərinə hüquqi qiymət verilməlidir!

Ermənistanın Novosti-Armeniya nəşri bir qrup qərbi Avropa jurnalislərinin (telekanal, çap və elektron media KİV-ləri) işğal altındakı ərazilərimizə səfər etmələri barədə məlumat yayıb. SİA xəbər verir ki, adıçəkilən nəşrə görə, onlar Ermənistanın “Galaxy” şirkətlər qrupunun dəvəti ilə həmin səfərlərini gerçəkləşdiriblər.

Beləliklə, həmin jurnalistlər Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərməklə yanaşı, ölkəmizn suveren hüquqlarını da pozublar və qanunlara görə, belələri Azərbaycanda persona non grata - arzueilməz şəxs kimi elan olunurlar. Ermənistan üzərindən Qarabağa səfər edən jurnalistlər 5 gün işğal altındakı ərazilərdə olmaqla yanaşı, yalnız birtərəfli qaydada fəaliyyət göstərərək, erməni yalanlarını, şər-böhtanlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla məşğul olublar.

Onlar erməni yalanlarını birtərəfli qaydada dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar

O da əbəs deyil ki, ermənilərin Galaxt şirkətlər qrupunun təsisçisi və direktorlar şurasının sədri Gurgen Xaçatryan saxta məlumatların həmin jurnalistlər tərəfindən ictimailəşdirəcəklərinə böyük ümid bəslədiyini bildirib.

Erməni nəşri yazır ki, jurnalistlərin Ermənistana, oradan isə işğal altındakı Qarabağ ərazilərinə səfərləri eyni zamanda Brüsseldəki “Ermənistanın avropalı dostları” (EuFoA) təşkilatı tərəfinin təşəbbüsü ilə həyata keçirilib. Onların arasında Fransanı, Belçikanı, İtaliyanı, İspaniyanı, Yunanıstanı, Almaniyanı, İsveçrəni, Böyük Britaniyanı təmsil edən jurnalistlərin olduğu bildirilir.

Ümidvarıq ki, avropalı jurnalistlərin Qarabağa qanunsuz səfərlərinə Azərbaycanın müvafiq diplomatik strukturları tərəfindən hüquqi qiymət veriləcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə