"İsrail Ali Məhkəməsi bazar ertəsi Azərbaycana silah satışının qadağan edilməsi barədə yazılı vəsatəti rədd etdi, çünki Ermənistana qarşı müharibə cinayətləri üçün istifadə olunduğuna dair məhkəmə qərarını təsdiqləyən heç bir dəlil yoxdur". SİA-nın məlumatına görə bunu Jerusalem Post yazır.
Qəzet yazır ki, İsrailin "Lev Yehudi" (Yəhudi Ürəyi) təşkilatı dünən İsrail Ali Məhkəməsində Azərbaycana silah tədarükünün dərhal dayandırılmasını tələb edərək məhkəməyə müraciət etmişdi. İddia Müdafiə naziri Benny Gantz və Müdafiə Nazirliyinin Xarici əlaqələr şöbəsinin müdiri Rachel Hen-ə qarşı qaldırılıb.
Hüquq müdafiəçisi İtay Mak İsraili "mənəvi səbəblərdən" Azərbaycana silah satışını dayandırmağa çağırsa da, vəsatət qaldırmaq üçün bu kifayət etmədiyindən qəbul edilməyib. E.Cozef Azərbaycandakı silahların 60%-nin İsraildən gəldiyini və Ermənistanla hazırkı münaqişə başlamazdan bir neçə gün əvvəl Azərbaycana silahların potensial hava yolu ilə çatdırılmasına dair məlumatları təqdim edib.
Hakim öz növbəsində, Cozefin təqdim etdiyi heç bir şeyin İsrail silahlarının ermənilərə qarşı müharibə cinayətləri üçün istifadə edildiyini sübut etmədiyini qeyd edib. Bu, ən yaxşı halda İsrail silahlarının Azərbaycana satıldığını sübut edir ki, bu da onların anbarda və ya ehtiyatda yalnız müdafiə məqsədi ilə saxlanılması deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB