Mətbuat Şurası ABŞ Səfirliyi ilə birgə təqdimat keçirəcək

Mətbuat Şurası ABŞ Səfirliyi ilə birgə təqdimat keçirəcək

Azərbaycan Mətbuat Şurası (MŞ) ABŞ-n Azərbaycandakı Səfirliyi ilə birgə "Media hüququ" məlumat kitabçasının təqdimat mərasimini keçirəcək. Qurumdan SİA-ya verilən xəbərə görə, tədbir mayın 16-da saat 12.00-da Mətbuat Şurasında olacaq.

Qeyd edək ki, "Media hüququ" məlumat kitabçasının müəllifi Minnesota Universitetinin jurnalistika və kütləvi kommunikasiyalar fakültəsinin professoru Ceyn Körtlidir. Təqdimat mərasiminə MŞ-nin, Birləşmiş Ştatların ölkəmizdə səfirliyinin nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, media ekspertləri ilə yanaşı müəllifin özünün də qatılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə