"Erməni vəhşiliklərini dünyaya çatdırmaq üçün davamlı işləri görməliyik" ÖZƏL-MÜNASİBƏT

"Erməni vəhşiliklərini dünyaya çatdırmaq üçün davamlı işləri görməliyik" ÖZƏL-MÜNASİBƏT

“Xarici diplomatların Gəncəyə səfəri olduqca əhəmiyyətlidir. Ermənistan dinc əhaliyə hərbi cinayət törətməklə dünyaya faşizm və terror siyasəti yürutdüyünü bir daha sübut etdi”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, ölkəmizdəki xarici diplomatlar hadisə yerinə gedərək Ermənistan siyasi-hərbi rəhbərliyinin regionda dağıdıcı fəaliyyətinin, körpələri və dinc insanları hədəf aldığının şahidi oldu: “Əslində Ermənistan illərdir bu siyasəti yürüdür, son hərbi əməliyyatlar bunu bir daha dünyaya göstərdi. Baxmayaraq ki, erməni ictimai-siyasi dairələri Gəncədəki baş verən qanlı olayları dünyaya başqa adla təqdim etməyə çalışır, lakin onların bu cəhdləri baş tutmayacaq. Bütün dünya, xarici ölkələrin Azərbaycanda akreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar öz gözləri ilə erməni vəhşiliklərinin şahidi oldular.

Hesab edirəm ki, həm hökumət, həm də ictimaiyyət olaraq beynəlxalq səviyyədə erməni vəhşiliklərini dünyaya çatdırmaqda davamlı işləri davam etdirməliyik, xalqımıza qarşı bu cür vandallıq aktı və dağıdıcı əməllər Ermənistanın bölgədəki destruktiv əməllərini ortaya qoydu. Bu eyni zamanda diktator və faşist Nikol Paşinyanın törətdiyi qanlı əməllərinə görə beynəlxalq məhkəmələrdə muhakimə olunmasına zəmin yaradır. Xarici ölkələrin diplomatları məhz bu Gəncə səfəri nəticəsində bununla bağlı geniş məlumatlandırılır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə