Ermənistan cəmiyyətində ruh düşkünklüyü sürətlə artır

Ermənistan cəmiyyətində ruh düşkünklüyü sürətlə artır

Nikol Paşinyan və onun hakimiyyəti ardıcıl olaraq, özü də sona qədər erməni xalqını aldadacağını düşünməkdə bərk yanılıb. Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan informasiyalar belə təsdiq edir ki, bu işğalçı ölkədə ruh düşkünlüyü kəskin şəkildə artıb və artmaqda da davam edir. SİA Ermənistana məxsus mediada yayımlanan məlumatlara istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi dünənə qədər cəmi 430 əsgərinin öldüyünü açıqlamışdısa, artıq dünən axşama doğru 3 siyahını birdən elan etmək məcburiyyətində qalıb, hansı ki, 1-ci siyahıda 51, ikinci siyahıda 45, üçüncüdə isə 17 hərbçisinin ölümünü təsdiqləyib. Bir sözlə, yalnız bir gün içində ölənlərin rəsmi sayıının 113-ə, ümumilikdə isə 532-yə çatdığını bildirib.

Məsələ burasındadır ki, ermənilər özləri də bu işğalçı ölkənin aldadıcı rəsmi məlumatlarında əlavə, döyüş kadrlarını, Azərbaycan tərəfinin dəqiq zərbələrini, işğalçı tərəfin isə uğursuz əməliyyatlarını izləyirlər. Məhv edilən hərbi texnika və sursat barədə də məlumatları erməni cəmiyyəti öyrənir və anlayır ki, Ermənistanın itgiləri hədsiz dərəcədə çoxdur və bu məğlubiyyət deməkdir.

Xatırladaq ki, erməni sosial şəbəkə istifadəçilərinin hazırda ən çox diqqət etdiyi məqam ölən və itkin düşən əsgərlərdir və bunu Ermənistan mətbuatı açıq şəkildə etiraf edir. Etiraf edir ki, erməni sosial şəbəkə istifadəçiləri minlərlə itkindən xəbər gözləyir və hər yerdə bu əsgərlərin fotoları yayılır, onların taleyinin necə olduğunu öyrənmək istəyirlər...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə