YAP Mətbuat xidmətinin məlumatı

YAP Mətbuat xidmətinin məlumatı
Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun Bakı ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan "Avropanın gələcəyi" mövzusunda beynəlxalq konfransının yayılmış proqramında keçmiş millət vəkili Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının mövqeyi nəzərə alınmadan, partiyanın adından məruzəçi kimi təqdim edilib. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası adıçəkilən fondun Bakı ofisinin siyasi etiket çərçivəsinə sığmayan bu hərəkətinə kəskin etiraz edərək bildirir ki, Nazim Məmmədov YAP-ın üzvü olmasına baxmayaraq, ona adıçəkilən konfransda Yeni Azərbaycan Partiyasını təmsil etmək səlahiyyəti verilməyibr.

Bütün xəbərlər Facebook səhifəmizdə