Amerikalılar Üsamə bin Ladenin həyat yoldaşlarını dindiriblər

Amerikalılar Üsamə bin Ladenin həyat yoldaşlarını dindiriblər

ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları Pakistanda Üsamə bin Ladenin həyat yoldaşlarını dindiriblər. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, dindirmədə Pakistanın xüsusi xidmət orqanı İSİ-ın əməkdaşları da iştirak edib.

 

Qeyd edək ki, bin Ladenin 3 xanımı onunla birlikdə Abbotabad şəhərindəki malikanədə yaşayıb. Onlardan biri – 29 yaşlı Amal Əhməd Abdulfəttah amerikalıların evə hücumu zamanı ayağından yaralanıb. Digər xanımların adları Umm Hamza kimi də tanınan Hayriyə Sabar və Umm Xalid kimi də tanınan Siham Sabardır. Ümumilikdə bin Ladenin 5 arvadı olub. Bu nikahlardan onun azı 20 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə