"Qarabağın müstəqilliyinin tanıması mənasızdır" Edmon Marukyan
“Ermənistan Milli Məclisində müharibə başladıqdan bir neçə gün sonra, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyandan Milli Məclisin Şurası ilə görüşməsini tələb etdim və bu görüş bir gün əvvəl, müharibənin başlamasından 14 gün sonra baş verdi.” SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri 12 oktyabr tarixində parlamentdə Maariflənmiş Ermənistan fraksiyasının rəhbəri Edmon Marukyan jurnalistlərə verdiyi müsahibəsində söyləyib.
O, iclasın qapalı olduğunu, baş nazirin vəziyyəti təqdim etdiyini, şura üzvlərinin Paşinyan və Ermənistan xarici işlər naziri Zohrab Mnasakanyana suallar verdiyini qeyd edib.
"Müharibənin başlaması ilə əlaqədar hamımız həyəcan keçiririk, qorxuruq və müharibə, yaxud döyüş meydanında baş verənlər bizi narahat etməyə bilməz", deyə Marukyan qorxusunu gizlətməyib.
Onun sözlərinə görə, Arayik Arutyunyan dünən keçirdiyi mətbuat konfransında qeyd edib ki, bir və ya iki gün ərzində atəşkəs olmasa, Ermənistan səlahiyyətlilərinə Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün müraciət edəcək.
“Baş nazirlə qapalı görüşdə bu məsələ gündəmə gətirildi. Mən dedim ki, əgər Ermənistan qondarma Qarabağın müstəqilliyini tanımalı və bu tanınmada tək qalmalıdırsa, deməli, bu mənasızdır”, deyə Arayik Arutyunyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB