BDU-da müasir Qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbəyov adına Mərkəzin rəsmi açılışı olub
Bu gün Bakı Dövlət Universitetində Qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbəyov adına Mərkəzin rəsmi açılışı olub. SİA-nın məlumatına görə, bu mərkəz Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılıb.
Abay mərkəzinin açılışını Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim ediblər. Abay adına Qazax dili, tarixi və mədəniyyəti stendi açıldıqdan sonra Qazaxıstan adətlərinə uyğun olaraq xoşbətlik rəmzi olaraq şirniyyat səpilib.
Daha sonar isə tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev Məktəbində davam etdirilib. Qonaqlar və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Abay Mərkəzinin BDU da açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycan və Qazax xalqlarının qardaşlığından danışan rektor, onların eyni mədəniyyətə, eyni tarixi köklərə və eyni dilə malik olduqlarını qeyd edib.
Akademik Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca xalqlarımız arasında sıx əlaqələrimiz olmuş və bu əlaqələri qoruyub saxlamaq, daha da inkişaf etdirilməsi üçün səylər göstərilib: "Əlaqələrin inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyev və Qazax xalqının lideri Nursultan Nazarbayovun birgə səyləri nəticəsində əldə edilib. Həmin siyasət bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir".
Tədbirdə Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru professor Baxıtcan Abdraim, Qazaxıstan Respublikası Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Mınbay və başqa rəsmi şəxslər şıxış edərək Mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrinin daha da intevsivləşməsinə xüsusi töhfə verəcəyini bildiriblər.
Bundan əlavə tədbirdə deputat Jalə Əliyeva və araşdırmaçı Firuzə Ağayeva iştrak ediblər. Fürizə Ağayeva Baxıtcan Abdraim haqqında tədqiqat apardığını bildirərək "Abay və Azərbaycan"adlı kitabını təqdim edib. Qeyd edək ki, kitabın üzərində iki ölkənin bayrağı təsvir olunub: "Mən Baxıtcan Abdraimi Azərbaycana tanıtmaq, sevdirmək istəyirəm. Qazax xalqı Baxıtcan Abdraimi mudrik adlandırırlar", - deyib.
Sonda Abel Məhərrəmov Abrdraimi ad günü münasibətilə təbrik edərək ona Heydər Əliyev Qızıl medalını bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB