Gəncə şəhərinin iqtisadi potensilına uyğun olaraq bü gün qənnadı məmulatlarının istehsalı, 500 başlıq südlük istiqamətli müasir cins heyvandarlıq kompleksinin yaradılmasına dair layihələrin təqdimatı keçirilib. Bundan əlavə Gəncə-Qazax iqtiasdi rayonunda quşçuluq fabrikinin olmaması nəzərə alınaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən quşçuluq fabrikinin yaradılması üçün layihə təqdim olunub.
Fondun şöbə müdiri Arif Vəliməmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, 500 mindən artıq əhalisi olan Gəncə şəhərinin əhalisini quş əti ilə təmin etmək üçün belə bir fabrikin yaradılması vacibdir. Yaxın zamanlarda quşçuluq fabrikinin tikintisinə başlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB