"Şəhərlərimiz vurulur, amma sübut edə bilmirik" ÖZƏL-MÜNASİBƏT

"Şəhərlərimiz vurulur, amma sübut edə bilmirik" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycana qarşı siyasi təzyiqlər var. Demək olar ki, heç bir şərtimizi nəzərə almadılar. Siyasi olaraq Rusiya və Fransa Ermənistani tam dəstəkləyir. Rusiyadan silahlar Ermənistana daşınır. Nəticədə Ermənistan şəhərlərimizi vurur. Rəsmi Bakı Rusiya faktoru deyib oturub, işğalçı ölkənin ərazisində bizə hədəflənən raket bazasını məhv etmir”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, burada rəsmi Bakı strateji səhv edərək Rusiyanın geosiyasi maraqlarını nəzərə aldı və bundan çəkinərək Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamadı: “İndi görürük ki, biz təkik və üstümüzə gəlirlər. Şəhərlərimiz vurulur, amma sübut edə bilmirik. Vaxtında Türkiyənin bazası ölkəmizdə yaradılmalı idi. Dəfələrlə yazdıq. Minsk qrupunun formatında Türkiyəni də keçirə bilmədik. Rusiya bizim maraqlarımızı saymırsa, nədən Türkiyənin burada aktiv hərbi rolunu rəsmiləşdirmirik.

Rusiya Ermənistana raket verir, həmin raketləri körpələrimizi qundaqda öldürür. Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlansın. Türkiyə Azərbaycanın təhlükəsizlik qarantı olaraq və burada hərbi bazası yaradılsın. Biz, Ermənistanı məhv edirik, amma Rusiya və Fransa qarşımızı alır, bizi hədələyir. Artıq Türkiyə ilə ciddi danısıqlar aparmalı, bazalar yaradılmalıdır. Həmçinin, Qarabağda hərbi əməliyyatlar davam etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə