Qırğızıstan saytı Gəncənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı xəbərlər yayıb
Qırğızıstanın “goldenbridgenews.com” saytı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xəbərlər yayıb.
SİA xəbər verir ki, "AZƏRTAC"a istinadla yayılan materiallarda Ermənistanın humanitar atəşkəs rejimini elə imzalandığı gün pozaraq Gəncəni raket atəşinə tutması, nəticədə 9 mülki şəxsin həlak olduğu, 34 nəfərin yaralandığı barədə məlumat verilib. Həmçinin, hadisə yerindən çəkilmiş 26 foto da təqdim edilib.
Portal, həmçinin Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da yayıb.
Qeyd edək ki, “goldenbridgenews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “CNN International” və “Sky News” telekanallarına müsahibələrinin tam mətnini dərc edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB