Ermənistanın Gəncədə dinc sakinləri hədəf alması Ərəb KİV-lərinin diqqətində

Ermənistanın Gəncədə dinc sakinləri hədəf alması Ərəb KİV-lərinin diqqətində

Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc sakinləri hədəf alması ərəb KİV-lərinin diqqət mərkəzindədir. SİA-nın verdiyi məlumata görə, “BBC Arabic”, “Skynews Arabic”, “Aljazeera” kimi nüfuzlu televiziya kanallarında oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında geniş reportajlar yayımlayıblar.

Ermənistanın növbəti terror aktı barədə xəbər Misirin “Egyptonline” informasiya portalında da yerləşdirilib. Qeyd olunub ki, humanitar atəşkəs elan edildikdən cəmi 14 saat sonra işğalçı Ermənistanın azərbaycanlı dinc sakinləri hədəf alması müharibə cinayətidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə