“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı yığıncaq keçirilib

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı yığıncaq keçirilib
Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması ilə bağlı yığıncaq keçirilib. SİA AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı yüksək qiymətləndirib. O, gənclərin hərtərəfli inkişafını, cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədi ilə dövlətimizin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sədr gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini tənzim etmək məqsədi ilə 2002–ci il aprelin 9-da "Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini gənc nəslə dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib.

İclasda Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və başqaları Dövlət Proqramı ilə bağlı rəy və təkliflərini bildiriblər. Çıxış edənlər sosial problemlərin həlli, yaradıcı, istedadlı gənclərə, turizm, təhsil və digər sahələrdə potensiallarını nümayiş etdirmək üçün yeni imkanların yaradılması kimi təkliflər irəli sürüblər. Bütün rəy və təkliflər ümumiləşdirilərək "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına daxil edilmək üçün müvafiq qurumların elektron ünvanlarına təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə