"Azərbaycan heç kimdən çəkinmir" MÜNASİBƏT - ÖZƏL

"Azərbaycan heç kimdən çəkinmir" MÜNASİBƏT - ÖZƏL

"Ermənilər Azərbaycanın onlara verdiyi humanitar fürsətdən sui-istifadə edirlər. Döyüş meydanlarında atıb qaçdıqları əsgərlərinin meyitlərini ölkələrinə daşımaq, Qarabağı tərk etmək əvəzinə, yenə xain əməllərə əl atırlar". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan Ordusunun atəşkəsə riayət etməsindən, döyüş bölgələrindən erməni hərbçilərinin nəşlərini və yaralılarını çıxaran Qırmızı Xaç Cəmiyyətinin əməkdaşlarının təhlükəsizlik fəaliyyətini təmin etmək məqsədilə məsuliyyətli və hümanist davranmasından istifadə edən işğalçı qüvvələr mövqelərimizi, dinc sakinlərimizi, şəhər və kəndlərimizi, mülki obyektlərimizi atəşə tuturlar: "Start mövqeləri Ermənistanda yerləşən hərbi bazalardan Azərbaycan ərazisinə dağıdıcı raketlər buraxılır, qadağan olunmuş kasset bombalar atılır. Əlbəttə ki, Ordumuz yüksək peşəkarlıqla düşmənə cavab verir. Lakin təssüf doğuran odur ki, düşmənin bu hərbi cinayətləri yenə də təkidlə bizdən atəşi kəsməyi tələb edən, danışıqlara sövq edən beynəlxalq təşkilatlar, böyük güclər tərəfindən gözardı edilir. Bundan daha da ruhlanan Ermənistanın siyasi rəhbərliyi,xüsusə də başıboş baş naziri ağılsız bəyanatlarla çıxış etməkdə davam edir.

Dünən Avropa televiziyalarından birinə müsahibə verən Paşinyan beynəlxalq ictimaiyyəti,o cümlədən, Avropa Birliyini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırır. "Əks halda,biz Üçüncü dünya müharibəsi ilə üzləşəcəyik." - deyən erməni lider bəşəriyyəti şantaj etməkdən də çəkinmir. Bütün bunlar erməni siyasətçilərinin öz xalqını və dövlətini məhvə apardığının fərqində olmadığını bir daha göstərir. Ümumiyyətlə, hadisələr göstərir ki, ermənilər özlərini dünyaya təqdim etdikləri kimi deyillər. Sağlam düşüncədən, məntiqdən çox-çox kasaddırlar. Əgər belə olmasaydı indiki vurhavurda, Ermənistanın taleyinin sual altında olduğu,ermənilərin ölümlə üz-üzə qaldığı bir vaxtda Paşinyan bu məsələni dilinə gətirməzdi. İnsan real olmayan, mümkünsüz bir işin dalınca qaçırsa,deməli, onun əqli, ruhi problemləri var.

Bütün dünya yaxşı bilir ki, bu mənfurlar havadarlarının köməyi ilə bizim tarixi torpaqlarımızda bir dəfə öz müqəddəratını təyin ediblər. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasını isə heç yuxularında belə görə bilməzlər. Bizi buna heç bir güc məcbur edə bilməz. Azərbaycan heç kimdən çəkinmir. Bizim nəyə qadir olduğumuzu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında şücaət göstərən Ordumuz bütün dünyaya sübut edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə