Ermənistan beynəlxalq hüquqi normalardan danışmaq haqqını çoxdan itirib - Ceyhun Bayramov

Ermənistan beynəlxalq hüquqi normalardan danışmaq haqqını çoxdan itirib - Ceyhun Bayramov

"Ermənistan baza prinsiplərinə əsasən öhdəlikləri öz üzərinə götürdü. Halbuki Ermənistan son 1 ildə bunu rədd etmişdi". SİA xəbər verir ki, bunu nazir Ceyhun Bayramov bu gün XİN-də keçirilən brifinqdə deyib.

Nazir: "Ermənistan çox narahatdır, onlar təhlükəsizliklə bağlı zəmanət istəyirdilər. Ermənistan beynəlxalq hüquqi normalardan danışmaq haqqını çoxdan itirib. Bu sənəddə öz əksini tapan baza prinsiplərində işğalçıların rayonlardan çıxarılması nəzərdə tutulub. İlkin mərhələdə 5 rayon, daha sonra 2 rayon. Bu proses beləcə, davam etdirilməlidir. Ermənistan özlərinin təhlükəsizliyinin təmin edilməsi şərtini irəli sürürdülər. Bildirdik ki, hazırkı vaxtda bu mümkün deyil. İşğal edilmiş torpaqlardan Erməni qüvvələrinin mərhələli çıxarılması baza prinsipində ehtiva edilir. Humanitar atəşkəsin tətbiqinə hələ başlanılmayıb", deyə fikrini tamamlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə