Elxan Poluxov: “Avropa İttifaqının qəbul etdiyi qətnamə birtərəfli və qərəzli xarakter daşıyır”
"Azərbaycanda sürətlə aparılan və demokratiyanın inkişafına yönəlmiş islahatlar fonunda Avropa Parlamenti tərəfindən belə bir qətnamənin qəbul edilməsi ən azı təəccüb hissləri doğurur". SİA-nın xəbərinə görə, bunu Gün.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, qətnamə birtərəfli və qərəzli xarakter daşımaqla yanaşı, hədsiz siyasətləşdirilib, əksər məsələlər yoxlanılmayıb və yanlış məlumatlar əsasında tərtib olunub. Mövcud reallığı əks etdirmir.
E.Poluxovun sözlərinə görə, Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət qonşu ölkələrlə müqayisədə daha yaxşı olduğu halda, məhz ölkəmizlə bağlı belə bir qətnamənin qəbul edilməsi münasibətlərin səviyyəsinə uyğun deyil. Bu qətnamə Azərbaycanla Avropa Parlamenti arasındakı münasibətlərə ciddi xələl gətirə bilər.
Qeyd edək ki, Avropa Parlamenti dünən bir sıra ölkələrdə insan haqları və demokratiyanın vəziyyətinə dair qətnamə qəbul edib. Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığı qeyd edilən qətnamədə Azərbaycan hökuməti bu istiqamətdə müsbət addımlar atmağa çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB