Macarıstan telekanalı Azərbaycan haqqında silsilə verilişlər yayımlayacaq
Macarıstanın "Duna TV" kanalı Azərbaycan haqqında silsilə verilişlər nümayiş etdirəcək. SİA-nın Trend-ə istinadən verdiyi xəbərə görə, razılaşma Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin bu ölkənin ictimai televiziyası "Duna TV"nin baş direktoru Silvester Okovaçla görüşünüdə əldə olunub.
Azərbaycan haqqında silsilə verilişlər, o cümlədən bədii filmlər və musiqili proqramlar 28 May Respublika Günü və ölkənin müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar yayımlanacaq. Görüşdə, həmçinin hər iki ölkənin elektron media vasitələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı surətdə hər iki xalqın tarix və mədəniyyəti, turizm imkanları və s. məsələlər müzakirə edilib.
"Duna TV"nin canlı efirində çıxış edən səfir Quliyev Azərbaycan mədəniyyətinin Macarıstanda təbliği və azərbaycanlı ifaçıların "Eurovizion" mahnı müsabiqəsində iştirakı və çıxışı haqqında suallara cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB