İlham Əliyev haqsızlığa, erməni həyasızlığına və yalanına son qoyur! - MÖVQE ÖZƏL

İlham Əliyev haqsızlığa, erməni həyasızlığına və yalanına son qoyur! - MÖVQE ÖZƏL
"Sentyabr ayının 27-dən etibarən Azərbaycan Ordusu erməni vandallarının işğalı altında olan torpaqlarımızın azadlığı uğrunda, haqq yolunda başladığı hərbi əməliyyatlar və eşitdiyimiz, gördüyümüz uğurlar bizi hədsiz sevindirir. Eyni zamanda döyüşlər itkisiz olmur. Allahdan Şəhidlərimizə rəhmət və yaralı qardaşlarımıza şəfa diləyirəm. Nəhayət ki, bəzi beynəlxalq təşkilatların 30 ilə yaxın sürən boş "danışıqlar"ına, bir neçə beynəlxalq təşkilatların biganəliyinə son qoyulur və qoyulacaq. Bilirsiniz ki, hər zaman sülhün və haqqın tərəfdarı olan Azərbaycan tolerantlığın, qədim və tarixi mədəniyyətin məkanı sayılır. Haqq işində də bizə mənəvi dəstəyini göstərən hər bir qardaş və qonşu dövlətlərə də biz minnətdarıq". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Siyasi Şuranın üzvü, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərid Nəsibov deyib. O, söyləyib ki, gördüyünüz kimi, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu taktiki hücumlarla, bütün Beynəlxalq konvensiyaları gözləməklə hərbi əməliyyatları çox yüksək səviyyədə yerinə yetirir: "Amma düşmənin xaotik hərəkətləri, dinc əhalini, uşaq bağçalarını, məktəbləri, xəstəxanaları, təcili tibbi yardım avtomobillərini hədəfə alması onların hansı xislətdə və niyyətdə olduqlarını göstərir. Bunu ancaq cinayətkar edə bilər. Bunu beynəlxalq ictimaiyyət görməlidir. 90-cı illərdə (ondan qabaq olanları demirəm) onların (ermənilərin hərbi birləşmələri, hansı ki, sonradan hakimiyyətdə təmsil olundular və indiki) azərbaycanlılara qarşı apardıqları etnik təmizləməsinə, soyqırımına göz yumanlar bu gün bizdən atəşkəs və s. kimi istəkləri ilə bu məsələyə necə yanaşdıqlarını göstərir. Xocalıda və başqa rayonlarımızda ermənilər tərəfdən soyqırıma məruz qalan Azərbaycanın və onun vətəndaşlarının haqlarını və hüququnu nə üçün danışmırlar?!". Gənc siyasətçi bildirib ki, Ermənistanın baş nazirinin və digərlərinin çıxışları, bəyanatları çaşqınlıq yaratmaq məqsədi güdür: "Necə ola bilər ki, monoetnik ölkə haqlı olsun, Azərbaycan kimi tolerant dövlət haqsız? Necə ola bilər ki, bir milyon qaçqın və məcburi köçkünün olsun və sən yalan danışasan?! Bəs o zaman sual çıxır ortaya, həmin şəxslər soydaşlarımız, qardaş və bacılarımız hara qaçqınlarıdır? Haradan məcburi köçüblər? Yalan məlumatlarla, yalan statistika ilə çıxışlar edən, xəbərlər yayan ermənilərin çıxılmaz vəziyyətə düşdüyü artıq faktdır. Bir neçə Ermənistan parlamentinin üzvləri də artıq etiraf etməyə başlayıblar: "Qarabağ torpaqları bizim deyil, bizim olmayan torpaqlara görə cavanlarımızı öldürmək, iqtisadi blokadada qalmaq bizə lazım deyil" kimi çıxışlar etməyə. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə səbr nümayiş etdirmiş, dəfələrlə kompromissə və mərhələli razılığa çağırmışdır. Birinci vitse prezident Mehriban xanım Əliyeva daim sülhə çağırışlar edir. Amma biz nə görürük? Paşinyanın arvadı əlində silah səngərdə, Paşinyanın özü arsız və həyasız çıxışları ilə beynəlxalq platformalarda Qarabağın guya onlara məxsus olduğunu bəyan edir. Eyni zamanda da həyasızcasına dünyaya özünü yazıq kimi göstərir. Artıq səbrimiz tükənib!". F.Nəsibov vurğulayıb ki, əbəs yerə dünyanın sayılıb seçilən şəxsləri (yazıçılar, tarixçilər və s.) ermənilər haqqında fikirlər söyləməyiblər: "Misal üçün A.S.Puşkin, A.S.Qriboyedov, araşdırmaçı V.L.Veliçko, tarixçi A.Anninskiy və digər şəxsləri misal gətirmək olar. Hətta özləri özləri haqqında nə qədər satqın, yaltaq, yersiz-yurdsuz bir toplum olduqlarını sübut edən tarixi sənədlər və əsərlər var. Ermənistanın və onun havadarlarının yalan məlumatları paylaşmaqla, köhnə görüntüləri yaymaqla bir növ çaşqınlıq yaratamq istəyirlər. Biz onları yaxşı tanıyırıq, abırsız və həyasız birisindən heç zaman haqqı gözləmək olmaz. Bir neçə neytral mövqe tutan dövlətlər də görürlər ki, Azərbaycan öz haqqını bərpa edir. Bir dövlət ki, BMT-nin qətnamələrini saymır, ATƏT-in Minsk qrupunun bəyanatlarını eşitmirsə o zaman heç bir ədalətdən, doğrudan söhbət gedə bilməz. Hər birimiz informasiya müharibəsində məsuliyyətli olmalıyıq, bütün yayılan məlumatların mənbələrini araşdırmalıyıq, dövlətimizin çağırışlarına əməl etməliyik və heç bir halda yayılan fake xəbərlərə inanmamalıyıq. Biz haqq yolundayıq! Heç kəs bizi bu yoldan döndərə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək! Azərbaycanın üçrəngli Şanlı Bayrağı Qarabağımızda dalğalanacaq! Allah Azərbaycanımızı, hərbçilərimizi qorusun!".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə