Hadisələrin bundan sonrakı gedişi artıq Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında keçiriləcək Moskva danışıqlarının nəticələrindən deyil, Qarabağ müharibəsində kimin qələbəyə yaxın olacağından asılıdır. Tanınmış siyasətçilərin, politoloqların dili ilə desək, güclü tərəf, qələbələrə imza atan tərəf diqtə edən tərəf olub və belə də olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Moskvada danışıqların təşkili imkanlarını nəzərdən keçirir, bu cür danışıqların mümkün vaxtı ilə bağlı məsləhətləşmələr aparılır", deyə bildirib. Eyni zamanda, Kremlin mətbuat xidməti də açıqlama yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqlarından sonra Rusiya Prezidenti ölən və əsir düşən insanların mübadiləsi məqsədi ilə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları müvəqqəti dayandırmağa çağırıb”, deyə açıqlamada bildirilir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev ölkəmizin məqsədinin Dağlıq Qarabağ ərazisini geri qaytarmaq olduğunu və atəşkəsin yalnız İrəvanın Dağlıq Qarabağdan qoşunlarının çıxarılması üçün bir cədvəl təqdim etdikdən sonra edilə biləcəyini bildirib. Rəsmi Bakı da Türkiyənin vasitəçilik missiyasında iştirak etməsini dəstəkləyir. Ankara da ATƏT-in Minsk Qrupunun nəticə əldə etmədiyini və formatın dəyişdirilməli olduğunu bildirib. Beləliklə, Moskva danışıqlar məkanına çevrilir və məhz bu səbəbdən ölənlərin və əsirlərin cəsədlərini mübadilə etmək üçün hərbi əməliyyatları dayandırmaq kimi təklif səsləndirilir. Eyni zamanda, bəzi politoloqlar ATƏT-in Minsk Qrupunun "bu şəkildə Azərbaycanın Dağlıq Qarabağdakı hücum sürətini aşağı salmağa və qüvvələrin yenidən toplanması üçün vaxt qazanmağa çalışdığını" söyləyirlər. Lakin, erməni işğalçılarının işğal etdikləri əraziləri tərk etmədən Qarabağdakı müharibəni dayandırmağın çətin və ya mümkünsüz olacağına inanmaq tövsiyyə olunur həmin politoloqlara.
İndi Putin nə Lenin deyil, nə də Stalin ki, birbaşa diqtə etsin və qərarları özü versin. Əksinə, burada Rusiya tərəfi tövsiyyələrlə çıxış edə bilər. Təbii ki, humanitar prinsplər əsas tutularaq məsələyə məhz bu aspektdən yanaşıla bilər. Bu da sözsüz ki, razılıq əsasındadır və gedişat göstərəcək nələrin olacağını. Onsuz da bu zamana qədər Azərbaycan bütün məsələlərdə humanizm prinsplərini əsas tutub. İstər atəşkəs zamanında, istərsə də müharibə, döyüş şəraitində belə ölkəmiz tərəfindən bütün humanizm prinsipləri gözlənilib, gözlənilməkdə də davam edir. Təbii ki, Ermənistandan fərli olaraq. Məsələ burasındadır ki, Ermənistan tərəfi heç bir normalara, heç bir zaman məhəl qoymayıb. Bu hadisələrin eskalasiyası fonunda Ermənistanın Azərbaycanın dinc əhalisinin məskunmaşdığı ərazilərə artilleriya zərbələri endirməsin, günahsız insanları qırmasında özünü bir daha biruzə verdi ki, onlar haqqında deyilənləri şübhəsiz olaraq təsdiqləyir.
Vəziyyət tamamilə dəyişib. Bunu bütün dünya da hiss edir, həmçinin münaqişədə bilavasitə iştirakçı olan tərəflər də. Fikir versək görürük ki, dünyanın bir çox ölkələri əvvəlki mövqelərindən fərqli olaraq, indi Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını, haqlı olduğunu təsdiqləyir. Bir növ bunu gec də olsa etiraf edir. Bunun da təbii ki, bir sıra səbəbləri var və ən başlıca səbəb ölkəmizin həm haqlı, həm də güclü tərəf olmasıdır. Təkcə, erməni lobbisinin əlində alətə çevrilən Fransadan, onun seçkilərdə qələbə qazanmaq istəyən və buna görə erməni əsillilərin səslərinə ehtiyac duyan prezidenti Makrondan başqa bütün dövlətlər, dövlət başçıları Azərbaycanın tərəfində oldular. Ölkəmizin mövqeyini, mənafeyini dəstəklədilər. Hətta, bu aralarda Ermənistan mediasında bu işğalçı ölkənin necə incik vəziyyətdə olduğu, başda Rusiya və onun prezidenti olmaqla bütün dövlətləri və dövlət başçılarını xatqın, xəyanətkar olmaqda ittiham etmələrini xatırlamaq yerinə düşərdi ki, bu da əbəs yerə, səbəbsiz deyil. Ermənilər meydanda tək qaldıqlarının, dəstəklənmədiklərinin fərqindədirlər ki, bu da onları bərk qorxudur və məğlubiyyətlərinin yaxında olduğunu hər birinə xatırladır.
Ermənilər Moskvada keçiriləcək görüşə, ölənlərin və əsirlərin dəyişdirilməsi üçün hərbi əməliyyatların müvəqqəti dayandırılmasına çox da bel bağlamasınlar və elə hesab etməsinlər ki, bu onların xilası və məsələnin yenə də uzadılması deməkdir, xeyr. Hadisələrin sonrakı gedişi artıq Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında keçiriləcək Moskva danışıqlarının nəticələrindən deyil, Qarabağ müharibəsində kimin qələbəyə yaxın olacağından asılıdır. Bu qələbəyə isə Azərbaycan daha yaxındır və beləliklə, şərti qoyan da, qərarı verən də bizik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB