Bu yay Əfqanıstanda təhlükəsizliyə nəzarətin yerli qüvvələrə təhvil verilməsi ölkənin 7 əyalətində baş tutacaq. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen edib. Onun sözlərinə görə, qoşunların Əfqanıstandan tam çıxarılması isə 2014-cü ilin sonunadək mümkün olacaq.
NATO-nun baş katibi eyni zamanda "Əl-Qaidə" lideri Usama bin Ladenin öldürülməsini alqışlayıb. "Mən prezident Obamanı və Amerika xalqını təbrik etmişəm. Onlar NATO-ya üzv 28 ölkənin və ümumilikdə bütün dünyanın təhlükəsizliyi istiqamətində əhəmiyyətli bir addım atıblar. Bin Laden NATO-nun 60 ildir müdafiə etdiyi dəyərlərə - azadlıq, demokratiya və insanlığa qarşı dayanmışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB